İstanbulda Rusiya-ABŞ danışıqları müsbət atmosferdə keçib - Darçiyev

Rusiya və ABŞ nümayəndələri arasında İstanbulda keçirilən danışıqlar müsbət olub və hər iki ölkənin diplomatik nümayəndəliklərinin işinin normallaşdırılması məsələsində irəliləyişə töhfə verib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Darçiyev məlumat verib.
“Rusiya və ABŞ diplomatik nümayəndəliklərinin işinin normallaşdırılması üzrə ikitərəfli ekspert məsləhətləşmələrinin sonuncu raundu müsbət atmosferdə keçdi və iki ölkə prezidentlərinin qarşıya qoyduğu bu vəzifənin həllində irəliləməyə imkan verdi”, - diplomat qeyd edib.