ABŞ-nin Ukraynadakı səfiri istefa VERDİ

ABŞ Dövlət Departamenti ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brinkin istefasını təsdiqləyib.
Redaktor.az xəbər verir ki, müvafiq bəyanatı jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus verib.
“Bəli, evə gəlir. O, əla iş gördü və ona ən yaxşısını arzulayırıq”, - deyə o əlavə edib.