Slovakiyanın Baş naziri yenidən əməliyyat OLUNACAQ

Slovakiya Respublikasının Baş naziri Robert Fitso 2024-cü ilin yazında sui-qəsd cəhdindən sonra bir neçə əməliyyat keçirməli olacaq.
Redaktor.az-ın məlumtına görə, bu barədə “Dennik N” portalı hökumət başçısının bəyanatına istinadən xəbər verir.
“Sui-qəsd cəhdinə görə hələ də bəzi əməliyyatlar keçirməliyəm”, - o qeyd edib.
Xatırladaq ki, Fitsoya qarşı sui-qəsd ötən ilin mayında Slovakiyada baş verib. Yazıçı Yuray Tsintula baş nazirə atəş açıb. Ağır yaralanan Fitso bir neçə dəfə əməliyyat olunub.