Aİ və Çin rüsumlar əvəzinə elektrik avtomobillərinə minimum qiymətlər təyin etmək qərarına gəldi

Aİ və Çin rüsumlar əvəzinə elektrikli avtomobillərə minimum qiymətlər tətbiq edəcək.
Redaktor.az bu barədə "Reuters" agentliyinə istinadla məlumat verir.
Avropa İttifaqı və Çin Çin istehsalı olan elektrikli avtomobillər üçün tariflər əvəzinə minimum qiymətlərin müəyyən edilməsi üçün danışıqlara başlayıb. Reuters bu barədə Avropa Komissiyasının nümayəndəsinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Aİ-nin ticarət komissarı Maroş Şefçoviç bu yaxınlarda Çinin ticarət naziri Vanq Ventao ilə danışıb və hər iki tərəf minimum qiymətlərin müəyyən edilməsi imkanlarını nəzərdən keçirmək barədə razılığa gəlib.
Aytəkin TOFİQQIZI