Əminə Ərdoğan Suriya Prezidentinin həyat yoldaşı ilə GÖRÜŞDÜ

 21:45 11.04.2025     155

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, Suriya Prezidenti Əhməd Şaranın həyat yoldaşı Latifə əl-Durubi ilə görüş keçirib.

Redaktor.az xəbər verir ki, görüş, TRT-nin rəsmi kommunikasiya sponsoru olduğu 4-cü Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Nest Konqres və Sərgi Mərkəzində baş tutub.

Əminə Ərdoğan və Latifə əl-Durubi arasında keçirilən görüşdə Suriyada qadınlar və uşaqlarla bağlı həyata keçirilə biləcək ortaq layihələr və əməkdaşlıq imkanları müzakirə edilib.

Kənan YUSİF