Türkiyədə icazəsiz istehsal edilən 1 milyon qutu enerji içkisi AŞKARLANDI

 23:34 11.04.2025     145

Türkiyənin Kırklareli vilayətində icazəsiz istehsal olunan 1 milyon 136 min 38 qutu enerji içkisi aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Qida Nəzarət Şöbəsinin əməkdaşları Lüleburgaz rayonunda yerləşən bir anbarda yoxlama aparıb. Yoxlama zamanı məlum olub ki, anbar qeydiyyatsız şəkildə fəaliyyət göstərir.

Anbarda satışa hazır vəziyyətdə olan və barəsində inzibati toplatma qərarı verilmiş məhsullarla yanaşı, 1 milyon 179 min 934 ədəd doluma hazır boş qutu, 348 min hazır etiket və tərkibində dərman təsirli maddə olduğu ehtimal edilən 15 kiloqramlıq toz maddə də aşkarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Kənan YUSİF