Putin Trampın xüsusi nümayəndəsi ilə görüşdü, görüş 4 saatdan çox ÇƏKDİ

 23:58 11.04.2025     248

Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb.

Redaktor.az xəbər verir ki, Putin və Uitkoff arasında gedən danışıqlar 4 saatdan çox davam edib.

Nümayəndə heyətləri görüşün keçirildiyi Prezident Kitabxanasının binasından ayrılıblar.

Məlumata görə danışıqların əsas mövzusu Ukrayna böhranının nizamlanmasının aspektləri olub.