Husilər Təl-Əviv yaxınlığındakı iki hərbi obyektə zərbələr endirdi

 09:00 12.04.2025     187

Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Təl-Əviv bölgəsindəki iki hərbi obyektə pilotsuz təyyarələrlə zərbələr endirib. 

Redaktor.az xəbər verir ki, bu barədə hərəkata bağlı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya “Al Masirah” telekanalına bildirib.

"Yəmən silahlı qüvvələri hərbi əməliyyat keçirib. Bu zaman İsrailin işğal olunmuş Yaffa bölgəsindəki iki hərbi obyekti pilotsuz təyyarələrlə hücuma məruz qalıb", - o bildirib.

İsrail Müdafiə Qüvvələri isə aprelin 11-də şərqdən İsrail hava məkanına yaxınlaşan pilotsuz uçuş aparatının qarşısını aldığını açıqlayıb.