“Brent” neftinin qiyməti 65 dollara yaxınlaşdı

 11:39 12.04.2025     147

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 2.26% artaraq 1 barelə görə 64,76 ABŞ dolları təşkil edib.

Redaktor.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 2.38% artaraq 61,50 ABŞ dollarına bərabər olub.