Türkiyə və Ermənistan XİN başçıları görüşdülər

 20:58 12.04.2025     86

Türkiyə xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumu çərçivəsində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlərin hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb.

Hələlik əlavə məlumat verilməyib.

Qeyd edək ki, onlar sonuncu dəfə 2024-cü ilin oktyabrında İstanbulda görüşüblər.