Rusiya Paşinyanın partiyasının keçmiş üzvünü Ermənistana ekstradisiya EDİR

 23:46 12.04.2025     122

Rusiya Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasının keçmiş üzvü Tatul Asilyanı İrəvana ekstradisiya edir.

Redaktor.az xəbər verir ki, Rusiya Baş Prokurorluğu bununla bağlı rəsmi İrəvanın vəsatətini təmin edib.

O, 2024-cü ilin mayında axtarışa verilib. Həmin ilin sentyabrında Rusiyada aşkarlanıb.

Asilyan korrupsiya və rüşvətxorluqda ittiham olunub.

O, 2023-cü ilin noyabrında partiya sıralarından uzaqlaşdırılıb.