Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş var - ABŞ Prezidenti

 10:10 13.04.2025     116

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna böhranını həll etmək üçün aparılan danışıqlarda irəliləyiş müşahidə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə o, Ağ Evin mətbuat nümayəndələri ilə təyyarəsində söhbət zamanı bildirib.

"Fikrimcə, Ukrayna ilə Rusiya arasında hər şey yaxşı gedir. Bunu tezliklə öyrənəcəksiniz. Nə olacağını görəcəyik, amma düşünürəm ki, hər şey yaxşı gedir", – Tramp vurğulayıb.