Nyu-Yorkda bir həftədə ikinci təyyarə QƏZASI

 11:12 13.04.2025     113

Nyu-York ştatında göyərtəsində 6 nəfərin olduğu kiçik təyyarə qəzaya uğrayıb, ən azı bir nəfər ölüb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mitsubishi MU-2B” təyyarə Kopake şəhəri yaxınlığındakı qəzaya uğrayıb.

Hadisənin səbəbi və təyyarədə olan digər şəxslərin sağlamlıq durumu barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu, həftə ərzində Nyu-Yorkda baş verən ikinci aviasiya qəzasıdır.