Rubio Rusiyanın Sumıya hücumuna münasibət BİLDİRDİ

 23:27 13.04.2025     129

ABŞ Rusiyanın Sumiyə bugünkü dəhşətli raket hücumunun qurbanlarına dərin hüznlə başsağlığı verir.

Redaktor.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “X” hesabında yazıb.

“Bu, Prezident Tramp və onun administrasiyasının bu müharibəyə son qoymaq və davamlı sülhə nail olmaq üçün niyə bu qədər vaxt və səy sərf etdiklərinin faciəvi bir xatırlatmasıdır”, - Rubio qeyd edib.