Türkiyənin bəzi ərazilərində qar nəqliyyatı iflic ETDİ

Türkiyənin Karabük-Bartın avtomobil yolunda təsirli olan qar yağışı nəqliyyatın axınına ciddi təsir göstərib.
Redaktor.az xəbər verir ki, xüsusilə yüksək ərazilərdə güclü yağan qar, yolun 1030 metr yüksəklikdə yerləşən Ahmetusta keçidində sürücülərə çətin anlar yaşadıb. Yolların qarla örtülməsi səbəbindən avtomobillər irəliləməkdə çətinlik çəkib.
Qar səbəbi ilə yolda qalan bəzi avtomobillər itələnərək hərəkətə gətirilməyə çalışılıb.
Bir müddətlik bağlanan yol, Quru yolları qruplarının qar təmizləmə və duzlama işlərindən sonra yenidən nəqliyyata açılıb.
Kənan YUSİF