Türkiyənin bəzi rayonlarında qarın hündürlüyü yarım metri KEÇDİ

Türkiyənin Kastamonu şəhərinin Ağlı rayonunda qarın qalınlığı 50 santimetri ötüb.
Redaktor.az xəbər verir ki, şəəhər mərkəzində fasilələrlə təsirli olan qar yağışı, Ağlıda dünən axşam saatlarından etibarən şiddətini artırıb. Qar yağıntısı nəticəsində rayon mərkəzi və ətrafdakı meşəlik sahələr ağ örtüyə bürünüb, avtomobillər qarın altında qalıb.
Rayon mərkəzində qar qalınlığı 50 santimetri keçərkən, yüksək dağlıq kəndlərdə bu rəqəm 80 santimetrə yaxınlaşıb.
Kənan YUSİF