Oyuncaq tapança ilə taksi sürücüsünü qarət etməyə ÇALIŞDI

Konya şəhərinin Meram rayonunda oyuncaq tapança ilə taksi sürücüsünü qarət etməyə çalışan şəxs tutulub.
Redaktor.az xəbər verir ki, Yaylapınar məhəlləsində 28 yaşlı M.A.D., müştəri kimi mindiyi taksidən düşərkən sürücü V.K.-ya silah tuşlayaraq avtomobilin açarını almağa cəhd edib. Lakin sürücü bibər qazından istifadə edərək onu uzaqlaşdırıb.
Hadisə ilə bağlı polis tərəfindən aparılan əməliyyat nəticəsində şübhəli saxlanılıb. Onun ümumilikdə 7 cinayət qeydi olduğu və istifadə etdiyi silahın oyuncaq olduğu müəyyən edilib.
Şübhəli, polis idarəsindəki ifadəsinin ardından məhkəməyə çıxarılaraq həbs olunub.
Kənan YUSİF