Zelenski Ukrayna ordusunun itkilərini AÇIQLADI

 10:22 14.04.2025     141

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin 2022-ci ildən bəri 100 minə yaxın hərbçisini itirdiyini bildirib. 

Redaktor.az xəbər verir ki,  bu barədə Zelenski CBS telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibədə deyib.

Qeyd edək ki, aprelin 2-də Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin 2025-ci ilin əvvəlindən bu günədək təxminən 140 min hərbçi itirdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, 1 yanvar – 1 aprel tarixləri arasında Ukrayna ordusu 138 545 əsgər itirib.

Aytəkin TOFİQQIZI