Nobel mükafatı laureatı vəfat ETDİ

Məşhur Peru yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Llosa vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə onun oğlu Alvaro "X" hesabında yazıb.
Məlumata görə, yazıçının 89 yaşı olub.
"Böyük kədər hissi ilə bildiririk ki, atamız Mario Varqas Llosa bu gün Limada ailəsinin əhatəsində vəfat edib", - deyə Alvaro Varqas Llosa bildirib.
Qeyd edək ki, Varqas Llosa Xulio Kortazar, Xorxe Luis Borxes və Qabriel Qarsia Markes ilə birlikdə Latın Amerikası nəsri "bumu"nun yazıçılarından biri hesab olunur. O, "Şəhər və itlər", "Kapitan Pantaleon və yaxşı xidmətlər rotası", "Pis adam və ya keçi bayramı", "Dəcəl qızın sərgüzəştləri", "Keltin yuxusu" kimi kitabların müəllifidir.
2010-cu ildə Varqas Llosa hakimiyyət strukturlarının təsviri və insan müqaviməti, üsyanı və məğlubiyyətinin parlaq təsvirlərinə görə ədəbiyyat üzrə Nobel mükafatını qazanıb. Yazıçı, həmçinin "Yasnaya Polyana" mükafatının da laureatı olub.