Münaqişə diplomatik yol ilə həll olunacaq - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə Rusiya arasında davam edən münaqişənin sonda diplomatik yolla həll olunacağına inandığını bildirib.
Redaktor.az xəbər verir ki, CBS News-a verdiyi müsahibədə Zelenski bildirib ki, Kiyev və Moskva müxtəlif formatlarda danışıqlar aparacaq.
Zelenski həmçinin Ukraynanın Rusiya ilə mübarizədə kifayət qədər gücə malik olmadığını etiraf edib. Bununla yanaşı o Rusiyaya etibar etmədiyini və indiki mərhələdə danışıqların əleyhinə olduğunu da qeyd edib.
Aytəkin TOFİQQIZI