Trampa öz heykəlini hədiyyə etdi - VİDEO

ABŞ Prezidenti Donald Tramp “Trump International Golf Club”da öz heykəlinin açılışını edib.
Redaktor.az xəbər verir ki, heykəli ona iş adamı, həmin qolf klubunun üzvü Entoni Konstantino hədiyyə edib. Bu barədə biznesmenin “X” hesabında məlumat verilib.
“Sticker Mule” şirkətinin icraçı direktoru və Nyu-York ştatından Konqresə keçmiş namizəd Entoni Konstantino Prezident Donald Trampa hədiyyə təqdim edib və bu hədiyyə indi onun “Trump International Golf Club”da həmişəlik nümayiş etdiriləcək”, - deyə, açıqlamada qeyd edilib.