Serbiya Aİ-nin tələbini qəbul etdi

 13:35 14.04.2025     143

Serbiya hakimiyyəti Avropa İttifaqının (Aİ) ultimatumunu qəbul edib. Yeni hökumət siyahısında baş nazirin müavini Aleksandr Vulin yer almayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Serbiyanın Radio Televiziyası (RTS) məlumat yayıb.

Serbiyanın yeni baş naziri, tibb professoru Djuro Matsuta tərəfindən təqdim edilən hökumət siyahısında Sinisa Mali, İvitsa Daçiç və Adriana Mesaroviç baş nazirin müavinləri kimi göstərilib. 

Yeni hökumətin təsdiqi ilə bağlı parlament iclası sabah keçiriləcək.

Aİ aprelin 9-da Serbiyaya ultimatum verərək Vulin-nin yeni hökumətdən kənarlaşdırılmasını tələb etmişdi. Prezident Aleksandr Vuçiçə bu barədə Brüsseldən təzyiqlər göstərildiyi bildirilmişdi.

Qeyd edək ki, aprelin 7-də Prezident Vuçiç baş nazir postuna siyasi təcrübəsi olmayan Djuro Matsutanın namizədliyini irəli sürüb. 

Aytəkin TOFİQQIZI