16 yaşlı futbolçu məşqdən sonra öldü - FOTO

Rusiyanın Volqoqrad şəhərinin "Rotor" futbol klubunun yetirməsi Maksim Semenov 16 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi "VKontakte" səhifəsində məlumat verilib.
"Kluba böyük fəlakət baş verib. Yetirməmiz Maksim Semenovun ömrü yarıda qalıb. Maksimin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Sizinlə birlikdə kədərlənirik", - deyə məlumatda bildirilib.
"SHOT" "Telegram" kanalının məlumatına görə, futbolçu məşqdən sonra evə qayıdıb və axşam saatlarında dincəlmək və onlayn oyunlar oynamaq üçün kompüteri işə salıb. Lakin gözlənilmədən Semenov özünü pis hiss edib, yaxınları dərhal təcili yardım çağırıblar, lakin idmançını xilas edə bilməyiblər. O, mənzilində dünyasını dəyişib. Ölümün ilkin səbəbi ürək dayanması ola bilər.
Qeyd edək ki, "Rotor" futbol klubunun yetirməsi olan Semenov "Rodina" futbol klubunda çıxış edib, "Kaustik" komandasına qarşı oyunda meydana çıxaraq Cənub Liqasında debüt edib.