Xoruz döyüşdürən 32 nəfərə 416 min lirə CƏRİMƏ

 20:06 14.04.2025     125

Türkiyənin Sakarya şəhərinin Kocaali rayonunu Qarşı məhəlləsində xoruz döyüşü təşkil edən 32 şəxsə ümumilikdə 416 min 386 lirə cərimə tətbiq olunub.

Redaktor.az xəbər verir ki, Sakarya Şəhər Jandarma Komandanlığına bağlı qruplar, bölgədə qumar oynanması üçün yer və şərait yaradıldığı, eyni zamanda lisenziyasız içki satışı edildiyinə dair məlumat əsasında əməliyyat keçirib.

M.İ. və G.İ.-yə məxsus evlərə edilən basqında 52 ədəd Hind xoruzu, satışı həyata keçirilən 40 ədəd metal və 24 ədəd şüşə qabda pivə ələ keçirilib.

31 şəxsə 286 min 657 lirə, ev sahiblərindən M.İ.-yə isə ayrıca 129 min 729 lirə inzibati cərimə tətbiq olunub.

Kənan YUSİF