Suriya səfiri Rusiyadan sığınacaq İSTƏDİ

Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəyib.
Redaktor.az xəbər verir ki, bu barədə Tass məlumat yayıb.
“Suriya səfiri Rusiyadan sığınacaq istəyib”, – adı açıqlanmayan mənbə agentliyə bildirib.
Daha əvvəl Cəfərinin Dəməşqə geri çağırıldığı və Suriyanın Rusiyadakı diplomatik missiyasının rəhbərinin dəyişdirilməsi ilə bağlı məlumatlandırıldığı məlum olmuşdu.