ABŞ-də zəlzələ OLDU

ABŞ-nin Kaliforniya ştatında San Dieqo şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Əvvəlcə seysmoloqlar 6 bal gücündə olduğunu elan etdilər, lakin sonradan məlumatları dəqiqləşdirdilər və aşağı saldılar.
Yeraltı təkanlar saat 17:08-də (Bakı vaxtı ilə 21:08) San Dieqodan 59 kilometr, Palm-Sprinqs şəhərindən 87 kilometr aralıda baş verib. Seysmik hadisənin mənbəyi 13,4 km dərinlikdə yerləşib.
Zəlzələdən sonra maqnitudası 2,5-3,5 arasında dəyişən təxminən səkkiz afterşok baş verib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Aprelin 13-də səhər Tacikistanda 6,4 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanlar UTC vaxtı ilə 4:24-də (Bakı vaxtı ilə 7:24) qeydə alınıb. Mənbə 16 km dərinlikdə yerləşirdi. Tacikistanda baş verən zəlzələ nəticəsində 94 ev tamamilə dağılıb.
Aprelin 13-də səhər saatlarında Myanmada zəlzələ qeydə alınıb. Əhalisi 1,2 milyondan çox olan Mandalay şəhərindən 84 km cənubda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Turan İSMAYIL