Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR

 23:58 14.04.2025     207

Fransada müxalifət Baş nazir Fransua Bayrunun büdcə kəsirini azaltmaq üçün əhalidən vergilərin artırılmasına qərar verəcəyi təqdirdə, hökuməti yenidən istefaya göndərməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Fransanın sağçı "Milli Birlik" partiyasının vitse-prezidenti Sebastyan Şenyu "Europe 1" radiostansiyasının efirində deyib.

“Əgər plan qənaətə əl atmadan, fransızlardan yenidən "kəmərlərini bərkitmələri"ni xahiş etməkdirsə, təbii ki, biz etimadsızlıq votumu irəli sürəcəyik”, - o bildirib.

Solçu "İtaətsiz Fransa"in koordinatoru Manuel Bompard RMC radiostansiyasının efirində hökumətə etimadsızlıq barədə qətnamələrin yalnız sosialistlərin dəstəyindən sonra mümkün olduğunu qeyd edib: "Yaxın günlərdə yeni etimadsızlıq səsverməsi irəli sürməyə hazırıq".

Xatırladaq ki, Fransanın maliyyə naziri Erik Lombard hökumətin gələn il büdcəni 40 milyard avro azaltmaq niyyətini təsdiqləyib. Lombard bəyan edib ki, varlı fransızlar üçün vergilərin artırılması cari ildə müvəqqəti yox, daimi əsaslarla tətbiq oluna bilər.