Putinlə ABŞ nümayəndəsinin görüşü məhsuldar keçdi - Kirill Dmitriyev

 09:58 15.04.2025     159

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında görüş məhsuldar keçib.

Redaktor.az xəbər verir ki, bu barədə görüşdə iştirak edən Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev məlumat verib.

Dmitriyev sosial şəbəkədə yazdığı açıqlamada görüşün səmərəli keçdiyini bildirib. O, bu sözləri Vitkoffun “Rusiya və ABŞ vacib bir şeyin astanasındadır” fikrinə cavab olaraq yazıb.

Aytəkin TOFİQQIZI