Lavrov Tokayevin ərazi bütövlüyü barədə fikirləri ilə razılaşmadı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin dövlətlərin ərazi bütövlüyü ilə bağlı fikirləri ilə razılaşmadığını bildirib.
Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.
Lavrov bildirib ki, Tokayev yalnız ərazi bütövlüyü prinsipini əsas götürür, halbuki BMT Nizamnaməsində xalqların öz müqəddəratını təyin etmə hüququ da əks olunub. Nazir qeyd edib ki, bu məsələ ilə bağlı mövqelərini Qazaxıstan tərəfinə izah ediblər.
Tokayevin 2025-ci ilin payızında Rusiyaya dövlət səfəri planlaşdırılır. Hazırda bu səfərə hazırlıq işləri aparılır.
Aytəkin TOFİQQIZI