İsrailin İran-ABŞ danışıqlarına reaksiyası proqnozlaşdırıldı

İranla ABŞ arasında aparılan nüvə danışıqları əgər uğursuz alınarsa, İsrail İrana qarşı hərbi əməliyyat ehtimalını artıracaq.
Redaktor.az xəbər verir ki, bu barədə politoloq Anastasiya Kislitsyna lenta.ru-ya müsahibəsi zamanı bildirib.
Onun fikrincə, ABŞ Prezidenti Donald Tramp danışıqların nəticəsindən narazı qalarsa, İranın nüvə obyektlərinə zərbə endirilməsi riski yüksələcək.
"İsrail bu ssenarini ciddi şəkildə nəzərdən keçirir və Tehranın nüvə proqramına qarşı güc tətbiqinə hazırdır. İsrail danışıqların istənilən nəticəsi ilə razılaşacaq kimi görünmür. Əgər ABŞ narazı qalarsa, İsrail böyük ehtimalla hərbi müdaxiləni dəstəkləyəcək”, – deyə politoloq bildirib.
Kislitsyna əlavə edib ki, İranın hava hücumundan müdafiə sistemi bir neçə istiqamətdən gələn hücumlara qarşı dayanıqlı olmaya bilər. O, İsrailin əvvəllər də İranın nüvə obyektlərinə dəqiq zərbələr endirdiyini və bunun nəticəsiz qalmadığını xatırladıb.
Qeyd edək ki, İran və ABŞ arasında dolayı danışıqların ilk mərhələsi aprelin 12-də Oman vasitəçiliyi ilə Maskatda keçirilib. Görüşdə İranı xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ni isə prezident Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib. Növbəti görüşün aprelin 19-da Romada baş tutacağı gözlənilir.
Aytəkin TOFİQQIZI