Zelenski ABŞ ilə faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirdi

ABŞ ilə Ukrayna ərazilərindəki faydalı qazıntı yataqlarının işlənməsi üzrə danışıqlar müsbət məcradadır. Yeni görüşlərin keçirilməsi nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Odessada NATO-nun Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında deyib.
Ukraynanın dövlət başçısı bildirib ki, aprelin 20-dək davam edəcək müzakirələrdən sonra nümayəndə heyətləri razılaşma ilə bağlı təkliflərini təqdim edəcək:
“Bu, əsasən texniki işlərlə məşğul olan heyətlərin görüş idi. Sonrakı mərhələdə müzakirələr həm birbaşa, həm də onlayn formatda davam etdiriləcək”.
O əlavə edib ki, indiyə qədər hər iki tərəf görüşü müsbət başa vurub.