Tbilisidə aksiya zamanı xəsarət alan polis əməkdaşı gözünü itirdi

 20:09 15.04.2025     135

Tbilisidə keçirilən aksiya zamanı xəsarət alan polis əməkdaşı gözünü itirib.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi noyabrın 29-da keçirilən aksiya zamanı xəsarət alan polis əməkdaşı ilə bağlı məlumat yayıb.

Nazirliyin məlumatına görə, həmin gün küt əşya ilə vurulan əməkdaşın sağ gözü görmə qabiliyyətini tamamilə itirib.

Bildirilib ki, polis əməkdaşı həm Gürcüstanda, həm də Türkiyədə bir neçə dəfə cərrahi əməliyyat olunub. Lakin zədənin ağırlığı səbəbilə həkimlər onun görmə qabiliyyətini bərpa edə bilməyiblər.

Daxili İşlər Nazirliyi hadisənin araşdırıldığını və məsul şəxslərin müəyyən edilməsi istiqamətində işlərin davam etdiyini açıqlayıb.