Atasına zorakılıq edən repçi həbs EDİLDİ

Atasına zorakılıq etdiyi görüntüləri sosial şəbəkədə paylaşan repçi Ekin Can Arslan "sadə xəsarət yetirmə" ittihamı ilə həbs edilib.
Redaktor.az xəbər verir ki, hadisə İstanbulun Ataşəhər rayonunda baş verib. Arslan, evində saxlanılaraq ifadəsi alınmaq üçün İstanbul Anadolu Ədliyyə Sarayına gətirilib.
İlkin ifadəsinin ardından növbətçi sülh cinayət hakimliyinə çıxarılan repçi, "sadə xəsarət yetirmə" maddəsi ilə həbs olunub.
Xatırladaq ki, Ekin Can Arslan daha əvvəl kliplərində narkotikə təşviq etdiyi səbəbilə mart ayında da həbs olunmuş, lakin sonra sərbəst buraxılmışdı. Bu dəfə isə atasına qarşı zorakılığı öz hesabında paylaşması ilə gündəmə gəlib.
Kənan YUSİF