Əli Əsədov Gürcüstan Prezidenti ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 15-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.
Redaktor.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olundu.
İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edildi.