Minquzzi ailəsini təhdid edən şəxs həbs EDİLDİ

 22:18 15.04.2025     114

Türkiyədə 15 yaşlı Mattia Ahmet Minquzzinin bıçaqlanaraq öldürülməsindən sonra sosial mediada ailəyə təhdid dolu paylaşımlar edən şübhəli tutularaq həbs edilib.

Redaktor.az xəbər verir ki, Bakırköy Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, şübhəli Ç.D-nin ailəyə qarşı sosial şəbəkələrdə təhdid xarakterli paylaşımlar etdiyi müəyyən edilib.

Ankarada polis tərəfindən saxlanılaraq İstanbula gətirilən şübhəli, çıxarıldığı növbətçi sülh ceza hakimliyi tərəfindən “bir neçə nəfərlə birgə hədə-qorxu” ittihamı ilə həbs olunub.

Qeyd edək ki, bu istintaq çərçivəsində daha əvvəl İstanbulda 6, Kahramanmaraşda isə 1 nəfər həbs edilmişdi. Beləliklə, bu iş üzrə həbs olunanların sayı 8-ə yüksəlib.

Kənan YUSİF