Türkiyədə bungalovda gizli kamera qalmaqalı: 2 nəfər saxlanıldı

 22:22 15.04.2025     117

Türkiyənin Sakarya şəhərinin Sapanca rayonunda yerləşən bir bungalov evində gizli kamera ilə izləmə iddiaları ilə bağlı obyekt sahibi və bir işçi polis tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, Sakarya Valiliyindən verilən açıqlamaya görə, ictimaiyyətə yansıyan görüntülərdən sonra dərhal hüquqi və inzibati araşdırmalara başlanılıb. Məsələ ilə əlaqədar həmin istirahət obyektində araşdırma aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Kənan YUSİF