ABŞ artıq 15-dən çox ölkədən ticarət sazişi layihəsi alıb

 22:50 15.04.2025     103

ABŞ administrasiyası artıq müxtəlif ölkələrdən 15-dən çox ticarət sazişi layihəsi alıb və onları fəal şəkildə öyrənir.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt növbəti brifinqdə bildirib.

"Mən onları (administrasiyanın digər üzvləri - red.) elanlarla qabaqlamaq istəmirəm. Amma açıq-aydın, administrasiyanın çoxsaylı üzvlərindən eşitdiyiniz kimi, ölkələrlə çoxlu danışıqlar aparılıb. Stolda, kağız üzərində 15-dən çox sövdələşmə var, təkliflər aktiv şəkildə nəzərdən keçirilir.

Və həmişə dediyimiz kimi, 75-dən çox ölkə artıq bizimlə əlaqə saxlayıb. Deməli, hələ görüləsi çox iş var. Biz bunun çox fərqindəyik, lakin əminik ki, tezliklə bəzi sövdələşmələri elan edə biləcəyik", - Levitt yekunlaşdırıb.

Turan İSMAYIL