Tramp Ukraynaya səfər edəcək? - Ağ Evdən AÇIQLAMA

Ağ Ev hazırda ABŞ Prezidenti Donald Trampın Ukraynaya ehtimal edilən səfərini elan etməyə hazır deyil.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalisstin sualını cavablandırarkən deyib.
"Bilmirəm. Mən əslində prezidentlə bu barədə, onun Zelenskinin təklifini görüb-görməməsi barədə danışmamışam. Əminəm ki, görüb. Mən onunla bu barədə danışmamışam", - Levitt deyib.
"Mən ondan bu barədə nə düşündüyünü soruşa bilərəm. Mən, əlbəttə ki, Ukraynaya mümkün səfərlə bağlı hər hansı planı açıqlaya bilmərəm", - o vurğulayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampı Kiyevə dəvət edib.
Turan İSMAYIL