Türkiyə silkələndi

Türkiyənin Kahramanmaraş vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə 06:04-də Nurhak rayonunda baş verən zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.