ABŞ Ukraynaya yardım məbləğini azaltdı

 10:07 16.04.2025     79

Tramp administrasiyası Ukraynaya veriləcək yardım məbləğini 300 milyard dollardan 100 milyard dollara endirib. 

Redaktor.az bu barədə "Blommberg"ə istinadla məlumat verir.

Bu qərar Vaşinqtonda keçən həftə keçirilən danışıqlar raundundan sonra verilib.

Mənbələrin sözlərinə görə, ABŞ bu yardımın əvəzində Ukraynada gələcəkdə həyata keçiriləcək investisiya layihələrindən, xüsusilə də mineral ehtiyatlar və infrastruktur sahələrindən mənfəət əldə etməyi planlaşdırır.

Aytəkin TOFİQQIZI