Evin birinci mərtəbəsini "maşın qəbiristanlığı"na çevirdi - FOTO

O, 4 mərtəbəli evinin birinci mərtəbəsini maşın qəbiristanlığına çevirib. Buranı görən hər kəs çox təəccüblənir.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Bursada yaşayan avtomobil həvəskarı altmış yaşlı Məhmət Nail ABŞ-ın Corciya ştatının Atlanta şəhərində gördüyü avtomobil qəbiristanlığından ilhamlanaraq 4 mərtəbəli evinin birinci mərtəbəsini avtomobil qəbiristanlığına çevirib.
İndi evin birinci mərtəbəsində 2 maşın, maşının ön və arxası, həmçinin oturacaqlar, sükanlar və müxtəlif maşınlar üçün ehtiyat hissələri var.
1965-ci ildə Yenişəhər rayonunun Köprühisar məhəlləsində anadan olan Məhmət Nail kiçik yaşlarından nostalji əşyalar toplamağa başlayıb.
Nail evində bir otaqda ailəsinin ağsaqqallarından və yaxın ətrafından telefonlar, kasetlər, video kasetlər və alətlər toplamağa başladı. O, 19 yaşında universitetdə oxumaq üçün ABŞ-a gedəndə kolleksiyaçılığa olan marağını davam etdirib.
2014-cü ildə 30 il yaşadığı Nyu Yorkdan həmişəlik olaraq ölkəsinə qayıdan iki uşaq atası Məhmət Nail evində belə bir maraqlı yer yaradıb.
Amerikadan gətirdiyi nostalji əşyaları kolleksiyasına əlavə edən Nailin “nostalji evi”nə 1915-1965-ci illər arasında istehsal olunmuş 12 klassik avtomobil, eləcə də ailəsindən xatirə olaraq saxladığı əşyalar yerləşdirilib.
Vasif

