Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayacaq

 15:38 16.04.2025     129

Finlandiya hökuməti Rusiya ilə sərhədi növbəti xəbərdarlığa qədər bağlı saxlamaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumatda deyilir.

"Hökumət şərq sərhəd keçidlərini bağlı saxlamaq niyyətini təsdiqləyib. 2025-ci il aprelin 16-da hökumət sərhəd-keçid məntəqələrini bağlı saxlamaq və sığınacaq üçün müraciətlərin qəbulunu mərkəzləşdirmək barədə qərar qəbul edib. Qərar növbəti bildirişə qədər qüvvədədir", - sənəddə deyilir.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Finlandiya hökuməti üçüncü ölkələrdən qaçqınların nəzarətsiz axınını əsas gətirərək Rusiya ilə sərhəddə nəqliyyat vasitələrinin buraxılış məntəqələrini bağlayıb.

Turan İSMAYIL