Tramp Ağ Ev qalmaqalından sonra Aİ-nin Zelenskiyə dəstəyindən qəzəblənib - "Politico"

ABŞ Prezidenti Donald Tramp fevralın 28-də Ağ Evdə iki siyasətçi arasında şifahi mübahisədən sonra Aİ liderlərinin Volodimir Zelenskiyə dəstək verməsini öyrənməkdən əsəbiləşib.
Redaktor.az xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, xüsusilə Tramp Zelenskinin Böyük Britaniyaya səfərindən narazı qalıb, səfər zamanı Kiyev nümayəndə heyəti Britaniya hökuməti Key Starmerlə görüşüb və ukraynalı siyasətçi Kral III Çarlz tərəfindən də qəbul edilib.
Xatırladaq ki, fevralın 28-də Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Jurnalistlərin iştirakı ilə söhbət zamanı onların arasında mübahisə yaranıb.
Turan İSMAYIL