Tarkana ağır itki üz verdi - FOTO

Məşhur türkiyəli müğənni, meqastar Tarkana ağır itki üz verib.
Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin anası Neşe Tevetoğlu dünyasını dəyişib.
İfaçının anası Antalyada bir müddətdir müalicə alırdı. O, xəstəxanada infarkt keçirmişdi.
Tarkan bu xəbəri Almaniyada qastrol səfərində olarkən alıb və dərhal İstanbula qayıdıb.
Qeyd edək ki, müğənninin Avropada bir neçə konserti nəzərdə tutulmuşdu.