Sürücülük vəsiqəsi imtahanında kopya çəkən qadına 4 ilədək həbs TƏLƏBİ

 19:44 16.04.2025     134

İstanbulun Kağıthane rayonunda keçirilən sürücülük imtahanında kopya çəkməyə çalışan 49 yaşlı qadın barəsində cinayət işi açılıb. Onun 1 ildən 4 ilə qədər azadlıqdan məhrum edilməsi tələb olunur.

Redaktor.az xəbər verir ki, hadisə bu ilin 23 fevral tarixində Cevdet Şamiloğlu Elektron İmtahan Mərkəzində baş verib. İmtahanda iştirak edən A.K adlı qadının hərəkətlərindən şübhələnən nəzarətçilər onu çıxışda yoxlayıblar.

Yoxlama zamanı qadının üzərindən mikro kamera, Wi-Fi cihazı, telefon xətti, mikro qulaqcıq və sarı-qara rəngli kart aşkarlanıb. Qanunsuz vasitələr sübut kimi müsadirə olunub.

Kənan YUSİF