Təcili tibbi yardım maşınına atəş açan şəxs həbs EDİLDİ

 19:50 16.04.2025     169

Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda yol hərəkəti zamanı təcili tibbi yardım maşınına tapançayla atəş açan şəxs həbs olunub.

Redaktor.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Bayraklı Şəhər Xəstəxanasına doğru hərəkətdə olan özəl müəssisəyə məxsus ambulansın hədəfə alınması ilə baş verib. Silahlı hücumla bağlı saxlanılan U.Ü.-nün polis idarəsindəki ifadəsi alınıb.

Daha sonra məhkəməyə çıxarılan şübhəli, növbətçi hakimliyin qərarı ilə həbs edilib.

Kənan YUSİF