Mehmet Ali Erbilə 10 ay həbs cəzası VERİLDİ

Türkiyəli şoumen Mehmet Ali Erbil, “qanunsuz mərcə təşviq” ittihamı ilə mühakimə olunduğu məhkəmədə 10 ay həbs cəzasına məhkum edilib.
Redaktor.az xəbər verir ki, İstanbul 20-ci Asliye Cinayət Məhkəməsində keçirilən prosesə Erbilin vəkilləri qatılıb. Məhkəmə, məşhuru “reklam və digər vasitələrlə insanları idman mərc oyunlarına təşviq etmək”də təqsirli bilərək 10 ay həbs və 1000 lirə pul cəzası ilə cəzalandırıb.
Lakin məhkəmə, Erbilə verilən həbs cəzasını təxirə salaraq onun 1 il müddətində nəzarətdə saxlanılmasına qərar verib.