Türkiyədə bir obyektdə 12 ton etil spirti ələ KEÇİRİLDİ

 20:00 16.04.2025     163

Türkiyənin Kocaelin şəhərinin Körfəz rayonunda keçirilən əməliyyat zamanı 12 ton etil spirti ələ keçirilib, 9 şübhəli saxlanılıb.

Redaktor.az xəbər verir ki, Vilayət Polis İdarəsinin yaydığı məlumata görə, qaçaqmalçılıqla mübarizə çərçivəsində aparılan əməliyyatda, qeyri-qanuni etil spirti istehsalı üçün istifadə edilən bir obyektdə axtarış aparılıb.

Axtarış zamanı 12 ton etil spirti, 6 ayrıcı filtr və qablaşdırma bölməsi aşkarlanaraq götürülüb.

Saxlanılan 9 nəfərdən 5-i barəsində "5607 saylı Qaçaqmalçılıqla Mübarizə Qanununa zidd hərəkət" maddəsi ilə hüquqi tədbir görülüb. Digər şübhəlilərlə bağlı istintaq davam edir.

Kənan YUSİF