Moskvada 105 ilin ən isti havası qeydə ALINDI

Bu gün Rusiyanın paytaxtı Moskvada havanın temperaturu ilə bağlı 105 illik rekord qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus məlumat verib.
“Budur rekord! Aprelin 16-sı Moskvada hava müşahidələri tarixində ən isti göstərici!” , - o məlumatda qeyd edib.
M. Leus bildirib ki, saat 14:00-da şəhərdə hava 21,2 dərəcəyə qədər istiləşib ki, bu da 105 ildir mövcud olan əvvəlki rekorddan 0,2 dərəcə yüksəkdir.