Avropa Meloninin Trampla görüşündən narahatdır

Avropadakı rəsmilər İtaliyanın baş naziri Giorgia Meloni-nin ABŞ Prezidenti Donald Trampla görüşmək planlarından narahatdırlar.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Yüksək rütbəli avropalı məmurlar İtaliyanın baş naziri Giorgia Meloni-nin cümə axşamı Vaşinqtona səfəri zamanı prezident Donald Trampla görüşmək üçün ticarət danışıqlarının iflasa doğru getməsindən narahatdırlar. Lakin onlar həm də bilirlər ki, bu, transatlantik gərginliyi azaltmaq üçün onların ən yaxşı şansı ola bilər.
Bundan əvvəl Meloni ABŞ prezidentinin ticarət təhdidlərinin onun danışıqlar taktikasının bir hissəsi olduğunu bildirib. Nəşrin məlumatına görə, o, aprelin 17-də Vaşinqtonda Trampla görüş zamanı ondan güzəşt almaq niyyətindədir.
Aytəkin TOFİQQIZI